Ukraynanın Xarkov şəhərində azərbaycanlı güllələnib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Ukrayna Milli Polisinin Xarkov vilayəti üzrə idarəsinin mətbuat xidmətinin yaydığı məlumat deyilir ki, atışma Xarkovda restoranın qarşısında baş verib. Restorandan çıxan təxminən 10 nəfərə gözlənilmədən bir neçə nəfər atəş açıb. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı cinayət işi açılıb.
Ukrayna mətbuatı hadisədə ölənin azərbaycanlı, xəsarət alanın isə gürcü olduğunu yazır.