Hücum edənlər kriminal qruplaşmanın lideri Lotu Qulinin briqadasının üzvləridir. 

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, briqadanın döyüşçüləri Rövşən Lənkəranskinin tərəfdarlarına atəş açıblar.

Qeyd edək ki, Rövşən Lənkəranski 2016-cı ilin avqust ayında İstanbulda öldürülüb. Bir müddət sonra Lotu Quli 23 illik məhbəs həyatından sonra azadlığa çıxıb və hazırda İstanbulda yaşayır.

15:52

Ukraynanın Xarkov şəhərinin hüquq-mühafiz orqanları martın 30-na keçən gecə bu şəhərdə azərbaycanlıların "Ağdam restoranının qarşısında baş vermiş və bir Azərbaycan vətəndaşının ölümünə səbəb olmuş silahlı insidentə dair əsas versiyanı açıqlayıb. 

Unikal.org virtualaz.org-a istinadən  xəbər verir ki, hüquq-mühafizə orqanları bu hücumun Xarkovda miqrantların biznesindən aylıq haqq tələb edən "Şərq korpusu adlı slavyan qruplaşması tərəfindən törədildiyini ehtimal edir.

Xəbər verdiyimiz kimi həmin gün "Ağdam restoranından çıxan bir qrup "qafqazlı restoranın qarşısında dayanmış avtomobildəki silahlılar tərəfindən atəşə tutulub. Avtomobildə dörd nəfər olub, onlardan ikisi "Kalaşnikov avtomatları ilə restorandan çıxanlara yaylım atəşi açıb. Bu zaman Azərbaycan vətəndaşı, Xarkov bazarlarından birində ticarətlə məşğul olan 32 yaşlıİsmayılov Zaur Əziz oğlu ölüb, əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb.

Polis hücum edənlərdən birinin fotorobotunu yayıb. Hadisə yerinin yaxınlığından bir "Kalaşnikov avtomatı və patronlar tapılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildirirlər ki, hazırda şəhərdə xarici diasporun biznesinin strateji bölgüsü gedir. Belə ki, şəhərdə "Şərq korpusu adlı qruplaşma yaranıb və onlar miqrantların biznesindən pay tələb edir. Bu yaxınlarda xarici diaspor liderləri ilə "Şərq korpusunun nümayəndələri arasında danışıqlar olub. Həmin danışıqlarda tələb edilib ki, Xarkovda biznesi olan bütün xaricilər "Şərq korpusuuna aylıq haqq verməlidir. Lakin azsaylı bir qrup bu şərti qəbul etməyib və bu da şəhərdə kriminal müharibənin başlamasına gətirib çıxarıb.