ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ qoşunlarını Suriyadan çıxarmaq və Amerika hərbçilərini vətənə göndərmək niyyətindədir.
Unikal.org-un məlumatına görə, bu barədə "RT" xəbər verib.
Məlumatda bildirilir ki, Ağ Ev rəhbəri Estoniya, Latviya və Litva liderləri ilə görüşünün yekunlarına dair mətbuat konfransında bu haqda bildirib.
"Biz İŞİD-lə mübarizədə böyük uğura nail olduq və mən qoşunları (Suriyadan) çıxarmaq, hərbçiləri evə qaytarmaq istəyirəm", - deyə Tramp bildirib.
Daha əvvəl mətbuat xəbər verib ki, ABŞ prezidenti Vaşinqtonun Suriyanı bərpa etmək və burada humanitar səylər göstərmək məqsədi ilə 200 milyon dollar ayırmasını əngəlləyib.