Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun dələduzluqda təqsirləndirilən sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən F. Məmmədxanov özünü təqsirli bilməyib.
İş üzrə zərərçəkmiş şəxs dindirilib.
Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına göndərilib. Fərhad Məmmədxanov işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan "Vertu markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.