Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə 27 mart və ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.
Fonddan unikal.org-a verilən məlumata görə, keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC "Bank Standard KB-nin balansındakı 1 ədəd "Toyota Avalon, 5 ədəd "Toyota Corolla, 2 ədəd "Mitsubishi Lancer, 4 ədəd "Hyundai Accent, 1 ədəd "Daewoo Nexia, 1 ədəd "Jeep Grand Cherokee minik avtomobilləri və 2 ədəd bankomat hərracda satılıb.
Ləğv prosesində olan "Kredobank ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, 1 ədəd "Lexus LS460 avtomobil və ləğv prosesində olan "Texnikabank ASC-nin balansındakı 1 ədəd "QAZ-3302-18 yük avtomobili satılıb.