Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının Siyahısında müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən uzunluğu 15 km olan Siyəzən-Məşrif yolu yerli əhəmiyyətli avtomobil yollarının siyahısına daxil edilib.

Qeyd edək ki, prezident İlham Əliyevin 2012-ci il 11 iyun tarixli Sərəncamına əsasən yolun tikintisinə ilkin olaraq 7 milyon, daha sonra 5,7 milyon manat vəsait ayrılıb. 2012-ci ilin oktyabrında başlamış tikinti işləri 2015-ci ilin mayında yekunlaşıb, həmin il avqustun 8-də prezident İlham Əliyev Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak edib. Bu yol Siyəzən rayonun 20 yaşayış məntəqəsini birləşdirir.