Ermənilər Qarabağda hərbi təlimlərə başladı
11:08 20-08-2012
İQTİSADİYYAT
Ermənilər Qarabağda hərbi təlimlərə başladı
Separatçılar cəbhədəki son uğursuzluqlarını bu şəkildə təlafi eləmək istəyirlər
Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlayıblar.
Məlumata görə, dünən səhər 9.30 radələrindən başlayaraq, işğal altındakı Şahbulaq və Uzundərə adlanan ərazilərdə keçirilən təlimlərdə artilleriya və zirehli texnikalardan istifadə olunur. Ağdamın cəbhə xəttində yaxın olan ərazilərində güclü partlayış səsləri eşidilir.
Qeyd edək ki, işğalçı Ermənistan ordusu sözügedən ərazilərdə vaxtaşırı hərbi təlimlər keçirirlər.
Ermənistanın davamlı olaraq belə addımlar atması əslində güc nümayişidir. Son dövrlər cəbhə xəttində baş verən hadisələrdən sonra zəif olduğu görüntüsü aşkarlanan erməni ordusu özünü göstərmək istəyir. Halbuki belə təlimlər hələ yayın əvvəllərində də keçirilmişdi. Buradan aydın görünür ki, ermənilər özlərini “güclü” göstərmək üçün belə bir addıma baş vurublar.
Tanınmış hərbi ekspertlərin də bununla bağlı maraqlı mövqeləri var. Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, ermənilərdən fərqli olaraq bizimkilər təlimləri lazımı şəkildə təqdim edə bilmirlər.
Onun sözlərinə görə, ermənilərin keçirdiyi belə təlimlərə o qədər də önəm vermək lazım deyil: “Onlar il ərzində bir neçə belə irili-xırdalı təlimlər keçirilər. Sadəcə, həmişə olduğu kimi onlar xırda bir işdən böyük bir ajiotaj düzəltməyi bacarırlar. Biz də belə hərbi təlimlər keçirmişik və keçiririk. Onlardan fərqli olaraq bizimkilər təlimləri lazımı şəkildə təqdim edə bilmirlər. O mənada ki, hər bir dövlət öz gücünü və qüdrətini nümayiş etdirmək üçün belə təlimlərdən maksimum yaralanır. Ermənilər qeyri-qanuni yollarla əldə etdikləri silah-sursatları öz ağaları qarşısında hesabat vermək üçün belə yolla "xərcləyirlər". Lazım olanda dəsmal çıxarıb ağlayırlar ki, iqtisadi vəziyyətləri o qədər də yaxşı deyil, blokada şəraitindədirlər. Bu bəhanələrlə Azərbaycanı gunahlandırırlar”.
Ekspert hesab edir ki, ermənilər belə təlimlərlə Azərbaycana müharibə mesajı verə bilməz: Ermənilərdə bizimlə müharibə aparmaq üçün güc və ya əzmkarlıq yoxdur. Ola bilər ki, Rusiya onların əli ilə hansısa təxribata əl atsın. Amma indiki məqamda onların hansısa müharibə variantına əl atmaları mümkünsüzdür. Daxildə çox böyük narahatlıqları var. Ona görə də onlar çox hiyləgər və qorxaqdırlar. Onsuz da ermənilər tək qalıblar və bilirlər ki, ruslar da onları hər an tərk edə bilər”.
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40