Vatikan tribunalı Vaşinqtondakı nunsiaturun sabiq əməkdaşı, pornoqrafik materiallar saxlamaq və yaymaqda ittiham olunan monsenyor Karlo Kapellanın həbsi barədə order verib.

Unikal.org bildirir ki, bu barədə Müqəddəs taxt-tacın mətbuat xidməti məlumat yayıb.

Hazırda o, jandarmeriyanın kazarmasında saxlanılır.

Kapellanın həbsi barədə qərar 2017-ci ilin sentyabrında verilib.