Suriyada kimyəvi silahdan istifadə olunmaqla hücumun törədilməsinə dair xəbərlər yayıldıqdan sonra doqquz ölkə BMT TŞ-in iclasının çağırılması tələbini dəstəkləyib. 

Unikal.org "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın daimi nümayəndəliyi "Tvitter hesabında yazıb.

"Böyük Britaniya, Fransa, Polşa, Niderland, İsveç, Küveyt, Peru və Kot-di-Vuar Suriyada kimyəvi silahdan istifadəyə dair yayılan xəbərləri müzakirə etmək üçün BMT TŞ-in təcili iclasının çağırılmasını tələb ediblər.

Böyük Britaniyanın daimi nümayəndəliyi iclasın aprelin 9-na təyin edildiyi qeyd edir.