Suriyanın Homs əyalətinin Palmir rayonunda yerləşən "Tayfur ("T-4) bazasının raket atəşinə tutulması nəticəsində iranlı müşavirlər də daxil olmaqla 14 hərbçi həlak olub.

Unikal.org RİA "Novostiyə istinadən xəbər verir ki, ölənlərin 12-si suriyalı hərbçi, ikisi isə İrandan olan hərbi müşvirlərdir.

Suriyanın SANA agentliyinin məlumatına görə, hücum zamanı Suriya Hava Hücumundan Müdafiə Sistemi 8 raketi vurub. Hədəfə çatan raketlərin sayı isə məlum deyil.

Qeyd edək ki, ABŞ rəsmiləri Suriyada hərbi bazaya raket zərbəsi endirmədiklərini bildiriblər. Rusiya Müdafiə Nazirliyi Suriyada hərbi bazaya raket zərbələrinin İsrail tərəfindən endirildiyini açıqlayıb. İsrail Müdafiə Nazirliyi isə hadisəyə şərh verməkdən imtina edib.