Səlahiyyət müddəti bu gün başa çatacaq Ermənistan prezidenti Serj Sarqsyan baş müşaviri və mətbuat katibi Aram Qaribyanı tutduğu vəzifədən azad edib.
Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, S.Sarqsyan aprelin 9-da bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, apelin 9-da günorta saatlarında S.Sarqsyanın səlahiyyət müddəti başa çatacaq. Armen Sarkisyan saat 12-də Ermənistanın yeni prezidenti kimi and içəcək.