Əməkdar artist Lalə Məmmədova ilə Röya Ayxan məclislərdən birində bir araya gəliblər.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, uzun müddətdir küsülü olan sənətçlər biirlikdə foto çəkdiriblər. Onların şəklini müğənni Nura Suri İnstaqram səhifəsində paylaşıb.
Qeyd edək ki, L.Məmmədova ilə Röya arasındakı qalmaqala onun açıqlaması səbəb olmuşdu. Lalənin Röyanı həmişə eyni janrda oxumaqda günahlandırması qarşı tərəfin xoşuna gəlməmişdi:
"Röyaya deyirəm ki, gəl başqa janrda oxu. Onun da günahı yoxdur, bəstəkarlar eyni tərzdə mahnılar təqdim edir. Onun səsi ilə daha çox və maraqlı işlər etmək olar.
L.Məmmədovanın "Qonaq gəl bizə proqramında dediyi bu sözlərə Röya "Müğənninin bir tərzi olar. Kim deyir ki, üzünə demişəm janrını dəyiş, yalan danışır. Qorxularından bunu üzümə heç vaxt deyə bilməzlər, baltalayaram cavabını vermişdi.
Bu yaxınlarda isə Lalə Röyanın da yer aldığı şəkil paylaşaraq barışıq addımı atmışdı. Müğənni həmkarının bu paylaşımına şərh yazaraq barışığa cavab verib.