Xəbər verdiyimiz kimi, 9 aprel tarixində Yasamal qəbiristanlığında Səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfnində jurnalist Famil Fəhadoğlu ilə Riyad Paşayev və Namiq Əliyev arasında insident baş verib.
Unikal.org xəbər verir ki, hadisə zamanı jurnalist Famil Fərhadoğlu ilə insident yaşayan Riad Paşayev və Namiq Əliyev bu gün "Unikal qəzetinin Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxcivani 5 ünvanında yerləşən redaksiyasına gələrək, ondan üzrxahlıq ediblər.
Hadisənin iştirakçıları jurnalistlə aralarında yaşanan münaqişəyə görə məyus olduqlarını bildiriblər və sonda barışıq olub.