Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində böyük dəyişikliklər olub.
Unikal.org xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və kənd təsərrüfatı naziri Heydər Əsədov tutduqları postları itiriblər.
Həmçinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bundan sonra həmin vəzifəni icra etməyəcək. Hökumətin yeni tərkibində onun postuna millət vəkili, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev gətirilib.
S.Müslümovun yerinə Sahil Babayev, H.Əsədovun yerinə isə İnam Kərimov təyin edilib.
Bundan başqa, Baş nazirin müavinləri Elçin Əfəndiyev və Abid Şərifov da kabinetdəki vəzifələrini itiriblər. Onlardan birinin yerinə Bakı meri Hacıbala Abutalıbov təyinat alıb.
Məlumat üçün bildirək ki, hökumətin yeni tərkibində bir sıra nazir postlarına təyinat hələlik həyata keçirilməyib. O cümlədən, səhiyyə, mədəniyyət və turizm, təhsil, gənclər və idman, ekologiya və təbii sərvətləri nazirləri hələlik məlum deyil.