Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri postuna Sahil Babayev təyin olunub.
Unikal.org yeni nazirin dosyesini təqdim edir:
Sahil Babayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb. 2006-2009-cu illərdə Milli Məclisin sədr müavininin köməkçisi vəzifəsində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.
Ölkə prezidentinin 13 mart 2014-cü il tarixli sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 1 övladı var.