"Dostlar, sosial şəbəkədə mənim gənclər və idman naziri olacağımla bağlı aparılan kampaniyani qəbul etmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm statusu siləsiniz və bu ölkə rəhbərinin kadr siyasətinə ziddir".
"Federasiya olaraq, nazirliklə sıx əməkdaşlığımız var. Bundan çox məmnunam. Bu gün kimisə "Facebook" üzərindən hansısa vəzifəyə təyin etmirlər. Ölkə rəhbəri cənab prezident yaxşı bilir ki, kimi hansı vəzifəyə təyin etmək lazımdır. Mən millət vəkili olaraq millətimə, xalqıma xidmət edirəm. Burada da çox rahatam. Nə də ki, vətənimə, dövlətimə hansısa vəzifəyə görə xidmət etmirəm".