Limonun içdiyimiz adi suya əlavə edilməsinin nə qədər faydalı olduğunu yəqin ki, çox adam bilmir.

Unikal.org  xarici KİV-ə istinadən limonlu suyun faydalarını təqdim edir:

1. Gündə bir dəfə limon sıxılan su içmək azı 100 kalori yandırır. Üstəlik onun tərkibindəki birləşmələr sizi gün ərzində daha tox saxlayacaq. Bu isə uzun müddətli çəki itirməyinizi təmin edəcək.

2. Limon kaliumla boldur. Kaliumun ürək damar sisteminə faydası ilə əvəzsizdir. O, həm də təzyiqi tənzimləyir.

3. Limon soyuqdəymənin qarşısını alır, immun sistemini gücləndirir. Antiseptik özləlliyi sayəsində burun-boğazdakı şişkinliyi də aradan qaldırır.

4. Gündəlik rasionunuzdakı qidalarda gündəlik dəmir ehtiyacınız yoxdursa, onu limonla bərpa edə bilərsiz.

5. Ağzından pisqoxu gəlirsə, limonlu su ilə hər gün qarqara etmək sizin nəfəsinizi təravətləndirəcək.