Əməkdar artist Şəbnəm Tapdıq onunla adaş olan müğənnini məhkəmə ilə hədələyib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə aparıcı Zabir Əliyevə mesaj yazıb: "Qəhrəmanovanın səhnə adı var idi, niyə istifadə etmir? Səhnə adıyla çıxsın. Şadiyə adı ilə niyə oxumur? Statistikada mən adımda ilkəm. Səhnə adı pis deyil ki... Şadi qəşəng addı. Məhkəməyə getməyim".
Ş.Qəhrəmanova bu hədəyə "Yenə başladıq. Nə adımı dəyişirəm, nə də ləqəb götürürəm. Kim hara gedir getsin" cavabını verib.
Qeyd edək ki, Ş.Tapdıq Azərbaycanda "Şəbnəm adının ilk dəfə onda olduğunu iddia edir.