Ağsu rayonunda 23 yaşlı müəllimənin bir qrup şəxs tərəfindən oğurlanması hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Ağsu rayon Nüydü kənd 11 illik tam orta məktəbin direktoru Ariz Mustafayev Lent.az-a bildirib ki, hadisə aprelin 19-da səhər saatlarında baş verib: "Müəllimə dərsə gələrkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla maşına mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər. Bildiyimizə görə, müəllimə evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini telefonla müəlliməyə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəlliməni qaçırıb".

Məktəb direktoru əlavə edib ki, hadisə baş verən günü dərhal polisə xəbər veriblər: "Hadisəni bəzi kənd sakinləri uzaqdan görmüşdü. Biz saat 11 radələrində Daxili İşlər Nazirliyinin 102 xidmətinə, rayon təhsil şöbəsinə, həmçinin qızın valideynlərinə hadisə ilə bağlı məlumat verdik".
 
Hadisə baş verən gündən sonra S.Vəliyeva dərsə çıxmayıb və onun bundan sonra Nuran kənd məktəbində işləməsi mümkün görünmür. Məktəb direktoru əlavə edib ki, növbəti tədris ilində orta məktəbdə kimya müəllimi vəzifəsi vakant olacaq və bu barədə nazirliyə məlumat verəcəklər: "Həmin müəllimə çox savadlı, tərbiyəli gənc kadr idi. Təəssüf ki, belə bir hadisə baş verdi".
 
Qeyd edək ki, Nuran kənd orta məktəbində kimya müəllimi uzun müddət olmayıb və 2015-ci ildə bu məktəbə təyinatla gələn S.Vəliyeva məktəbdə bu fənni tədris etməyə başlayıb. Hazırda məktəbdə kimya dərslərini fizikia müəllimi əvəz edir.
 
*** 
 
Ağsu rayonunda gənc müəlliməni oğurlayan şəxslər tutulub.
Unikal.org lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nuran kənd tam orta məktəbinin qarşısında 23 yaşlı müəllimə Sara Vəliyeva (şərti) bir neçə gün əvvəl bir qrup şəxs tərəfindən zorla maşına salınaraq qaçırılıb.
Artıq gənc müəlliməni zorla qaçıran şəxslərin kimliyi məlum olub.
Məlumata görə, səhər saatlarında Nuran kəndində kirayə yaşadığı evdən çıxaraq məktəbə gedən S.Vəliyevanı qonşu Nöycü kəndinin sakinləri - 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu və dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu təzyiq göstərərək zorla "VAZ 2106" markalı avtomobilə mindirərək qaçırıblar. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar.
Artıq hadisəni törədən Bəhruz İsrafilov və Əmrah Əsgərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hazırda Müşfiq İsrafilovun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açılıb, araşdırma aparılır.
Qeyd edək ki, S.Vəliyeva 2015-ci ilin sentyabrından başlayaraq Nuran kənd orta məktəbində kimya müəllimi işləyir.