Azərbaycanda bu ilin yanvar-iyul aylarında heyvan hücumu nəticəsində 27 min 476 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə report-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, xəsarət alanlardan 69,8 %-ni (19 176 nəfər) it dişləyib. 40-a yaxın şəxs isə çaqqal hücumu nəticəsində yaralanıb.

"Zərərçəkənlərin hamısına quduzluq əleyhinə peyvənd vurularaq tibbi nəzarətə götürülüb. Cari ilin eyni dövründə insanlar arasında quduzluq xəstəliyi qeydə alınmayıb", - məlumatda vurğulanıb.

Xatırladaq ki, sonuncu dəfə avqustun 10-da Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edərək 3 nəfəri dişləyib.