Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında 20 Yanvar küçəsində baş verib. "Mercedes" və "Hundai" markalı avtomobillər toqquşarkən zərbənin təsirindən maşınlardan biri 7 saylı   şəhər daxili marşurut üzrə hərəkət edən mikroavtobusa çırpılıb. Hadisə nəticəsində avtomobillərə zərər dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov