Göygöldə qadın sirkə turşusundan zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib. Belə ki, 1979-cü il təvəllüdlü Y.Əmirova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Onun sirkə turşusundan zəhərləndiyi deyilir. Hadisə ilə bağlı polisə məlumat verilib. Qadının hansı səbəbdən zəhərlənməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov