Xalq artisti Könül Xasıyevanın ölüm xəbəri yayılıb. Uzun müddətdir ki, sağlamlıq problemi yaşayan xalq artisti Könül Xasıyevanın vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.
Ancaq sözügedən xəbər yalan çıxıb.
Belə ki, unikal.org-un əməkdaşı xalq artisti Könül Xasıyeva ilə əlaqə saxlayıb. Sənətçi bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Hazırda özümü çox yaxşı hiss edirəm. Müalicəmi ev şəraitində davam etdirirəm. Ailə üzvlərimlə bir yerdəyəm. Vəfat edən isə mənim xalamdır".
Famil Fərhadoğlu