"Bir dəlinin rəssamı adlı kitabı ilə şeirlərini toplu halda təqdim edən müğənni və bəstəkar Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq istəyir.

Unikal.org xəbər verir ki, bu haqda Kulis.aza açıqlama verən müğənni bildirib ki, AYB tərəfindən hələ ki, belə bir təklif yoxdu:

"Amma təklif olarsa, əlbəttə qəbul edərəm. Bu mənim üçün böyük şərəf olar.

Elza Seyidcahan yaxın gələcəkdə növbəti kitablarını təqdim edəcəyini bildirib.