Türkiyənin məşhur popçusu Mustafa Sandalın keçmiş həyat yoldaşı Əminə Yahoviç boşandıqdan sonra "Hello jurnalına ilk müsahibəsini verib.
Unikal.org xəbər verir ki, o, müsahibəsinə həyat yoldaşı ilə gözəl cütlük olduğunu vurğulayıb: "Amma onunla bir yerdən sonra bəzi şeylər azaldı. İndi anladım ki, azalan şey sevgidir. Boşanmaq əslində kiçik bir ölümdür. Birlikdə etdiyin hər şeyin ölümü. İki il iztirab çəkməmə rəğmən səsimi çıxarmadım.
Elə bir an gəldi ki, ya qalıb xəstə olacaqdım, ya da risk alıb gedəcəkdim. On aydır birlikdə yaşamırıq. Mustafa evi ilk dəfə tərk etdiyində uşaqların bunu qəbul etməsi çətin oldu. Həyat yoldaşımı aldatmamışam. Ona zərər vuracaq heç bir addım atmamışam. Uşaqların kimdə qalması məsələsini heç danışmadıq, çünki onların yeri analarının yanıdır.