Əməkdar artist Röya Ayxan Nail Naiboğlunun aparıcılıq etdiyi "Stop verilişinin qonağı olub.
Unikal.org xəbər verir ki, müğənni proqramda şəxsi həyatı barədə danışıb. Röya bildirib ki, neçə ildir sevgilisi yoxdur:
"Tam yox, bilmirəm. Üçüncü ilə keçir, bəlkə indi... Fikirləşərəm. Bəzi hallarda deyirlər ki, sevgilim var, amma elə deyil".
Röya "Səndən sonra niyə şou-biznesdə Röya qədər populyar və sevilən ifaçı yoxdur" suallarına belə cavab verib:
"Siz bilirsiniz "Röya qədər" sözü artıq burda səfdir. Aygün Kazımovaya da belə deyib onu mənə qarşı etdilər. Aygün Kazımova - Aygün Kazımovadır, Röya - Röyadır, təzə gələn adı olacaq. Lakin, Röya kimi oxumayacaq.
Mən bəyəm Aygün kimi oxuyuram? Hər dəfə bu sözlə dava aparmışam. Bəzi hallarda hirslidən nə isə demişəm, bunu efirə veriblər. Amma mən o qadın deyiləm. Kimsə kimin yerinə gəlməyib. Kimsə qocalmayıb. Bizim sənətin yaşı yoxdur".