Bu gün gunorta saatlarında metronun "Gənclik" stansiyasında baş verən hadisə intihara cəhd olmayıb.
"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin Unikal.org-a verdiyi xəbərə görə, Elvin Zülfüqarov əslində özünü relslərin üstünə atmadığını, xəstəlik səbəbindən başının fırlandığını və yıxıldığını bildirib: "O, polisə izahatında da eyni ifadələrə yer verib. Adı çəkilən şəxs müraciət edərək xəbərin yanlış olduğunu və ailəsində, tanışlarında narahatlıq yaratdığını bildirrib".