Hacıqabulda kriminal dairələrdə "Mosu" ləqəbi ilə tanınan Şirvan sakini saxlanılıb.

Unikal.org apa-ya istinadən bildirir ki, Hacıqabul polis şöbəsinin (RPŞ) keçirdikləri əməliyyat tədbirləri çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Şirvan sakini, 1974-cü il təvəllüdlü Füzuli Bəybala oğlu Mehdiyev şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı ondan 115 qram qurudulmuş marixuana götürülüb. F.Mehdiyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun şəhər kənarında kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.