Qaradağ rayonu ərazisində yol kənarına quraşdırılan günəş panellərinin yararsız vəziyyətdə olduğu iddia edilir.
Unikal.org xəbər verir ki, Elçin Abbasov adlı vətəndaş sosial şəbəkələrdə günəş panellərinin işləmədiyi haqda video paylaşıb.Vətəndaş həmin ərazidə olan panellərin işlək vəziyyətdə olub-olmamasını yoxlayıb və məlum olub ki, ümumiyyətlə qurğular quraşdırılmayıb. Toz basmış panellər yol kənarında yavaş-yavaş sıradan çıxır. Elçin Abbasov bildirir ki, 450 milyon manat xərclənmiş günəş panelləri işləmir. Bu panellər guya 2016-cı ildən hazırdır.
Qeyd edək ki, Samux rayonunda və Bakı şəhərində Qaradağ, Sabunçu və Pirallahı rayonunda günəş elektrik stansiyaları, Masallı və Beyləqan rayonlarında enerji təchizatı bərpa olunan enerji mənbələri hesabına ödənilən idman kompleksləri, ölkənin ayrı-ayrı regionlarında yerləşən 24 sosial obyektdə günəş panelləri və istilik nasosları quraşdırılıb.