Rayon sakinlərinin qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması, onların təklif və rəylərinin dinlənilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən sakinlərin mütəmadi səyyar qəbulları keçirilir və müvafiq tədbirlər görülür.

Unikal.org xəbər verir ki, Q.Qarayev 105, 107, 109, 115, 119 və 121 saylı ünvanlarda yaşayan sakinlərin səyyar qəbulu keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Sakinlər yaşadıqları ərazidə abadlıq işlərin aparılması, liftlərin, istilik sistemlərinin, eyvanların, binaların dam örtüklərinin, giriş qapılarının təmir edilməsi, məhəllələrdəki ağacların suvarılması üçün su kranlarının qoyulması, məhəllədaxili yolların asfaltlanması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Qəbulda sakinlər tərəfindən edilən müraciətlər dinlənilərək onlara müvafiq izahatlar verilib, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Rayon sakinləri ölkəmizdə, eləcə də rayon ərazisində gedən genişmiqyaslı abadlıq və quruculuq işlərini, aparılan köklü islahatları, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 2018-ci ilin aprel ayında Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Əli Vəliyev küçəsi 11, 11a, 11b, Bəhruz Nuriyev küçəsi 71, 75 və Bəhruz Nuriyev küçəsi 24, 26, 30 ünvanlarında yaşayan sakinlərlə səyyar qəbul keçirilib.