Samuxda baş verən qətl hadisəsinin bəzi detalları məlum olub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, aprelin 30-da Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Kolayır kənd sakini Azadil Qəhrəmanova bir gün əvvəl axşam saatlarında qonşuluqda yaşayan bacısı Ləmanla əri, əvvəllər məhkum olunmuş Ağamir Səmədov arasında münaqişə olduğunu və bu səbəbdən bacısının evdən çıxıb getdiyini bildirib.

Dərhal polis və pokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin gün A.Səmədovun yaşadığı evdə münaqişə zəminində arvadı Ləmanı döyərək qətlə yetirməsi, cəsədini isə "VAZ-21011 markalı avtomobildə Qırmızı Samux kəndinin meşə zolağına apararaq orada basdırması müəyyən edilib.

-‹Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə A.Səmədov tutulub. L.Səmədovanın meyiti eksqumasiya edilib.

Məlumata görə, ailənin 3 övladı var.

Qeyd edək ki, A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.