"Klon" serialı ilə dünya şöhrəti qazanan aktrisa Ciovanni Antonellinin yeni fotoları yayılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı aktrisa yeni saç düzümü ilə diqqət çəkib.
Belə ki, uzun saçlı görməyə alışdığımız Ciovanni saçlarını kəsdirib və srı rəngə boyayıb.
Aktrisanı yeni imicdə görən sosial şəbəkə istifadəçiləri onu bəyəndiklərini qeyd ediblər.
Xatırladaq ki, Antonelli "Klon"dakı Hade obrazı ilə tanınıb.