(14:11) 
Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilib.

Unikal.og xəbər verir ki, xalq artistinin yaşadığı binanın həyətində keçirilən mərasimdə mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib. Fuad Poladov vəsiyyətinə uyğun olaraq Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq. Allah rəhmət eləsin! Qeyd edək ki, F.Poladov mayın 4-dən 5-nə keçən gecə saat 1-də uzun sürən xəstəlikdən sonra vəfat edib. 

*** 

Mərhum sənətkarla vida mərasimi başa çatdıqdan sonra cənazə Yasamal rayonundakı "Qurd qapısı qəbiristanlığında torpağa tapşırılıb. Unikal.org-un xəbərinə görə, dəfn mərasimində mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.