Əməkdar artist Röya Ayxan Bakı Konqres Mərkəzində "Doldur ürəyimi adlı solo konsert proqramı ilə çıxış edib.
Unikal.org azərtac-a istinadən xəbər verir ki, müğənninin Mərkəzin 3300 nəfərlik tamaşaçı tutumu olan zalındakı konserti anşlaqla yadda qalıb.
Röya Bakı Konqres Mərkəzində ilk konsert verən ifaçı kimi adını növbəti dəfə birincilər sırasına yazdırıb.
Pop ulduz ilk olaraq elə konsertin adını daşıyan "Doldur ürəyimi mahnısını səsləndirib.
Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi ansamblla səhnədə canlı performans sərgiləyən Röya Ayxanın budəfəki repertuarı köhnə və yeni mahnılarından ibarət olub.
Konsert başa çatdıqdan sonra ifaçı media nümayəndələrinin suallarını cavablandırıb. "Bu məkanda çıxış edən ilk müğənni olduğum üçün çox şadam. Əslində biz avqust ayı üçün başqa bir şou hazırlamışdıq. Amma Bakı Konqres Mərkəzində konsert verməli oldum. Dekabr ayında isə daha möhtəşəm şou proqramla qarşınızda olacağam, - deyə müğənni bildirib.