Əməkdar artist Röya Ayxan Bakı Konqres Mərkəzində baş tutan "Doldur ürəyimi adlı solo konsertini izləməyə gələnlər arasında atası Yaqub Nəcəfov da olub.
Unikal.org xəbər verir ki, musavat.com saytına açıqlama verən ifaçının atası onunla fəxr edir: "Röya ilə fəxr edirəm. Ona uğurlar arzulayıram. O mənim ağıllı balamdır. Hər zaman ona dəstəyəm, arxasındayam. Konsertə də ona dəstək olmağa gəlmişəm. Konsertləri bol olsun. Daim tamaşaçı alqışı onunla olsun".