Xəbər verdiyimiz kimi, müğənni Talıb Tale nişanlanıb. Sənətçinin nişanlısı ilə görüntüləri sosial şəbəkədə yayılmışdı.
Unikl.org xəbər verir ki, Talıb bu paylaşımlara çox əsəbiləşərəq instaqram səhifəsində video paylaşıb. Bildirib ki, nişan fotoları qohumlarının ondan xəbərsiz yaydığını bildirib:
"İnstaqramda şəxsi həyatım barədə görüntülərə rast gəldim. Yəqin ki, bu paylaşımları qohumlarm, yaxınlarım tərəfindən olub. Baxmayaraq ki, heç kəs boynuna almır. Mən dəfələrlə qeyd etmişəm ki, şəxsi həyatımın gündəmə gəlməyini sevmirəm. Amma bunu etdilər. O insanlara ar olsun. Mənim sözümü yerə saldılar. Məsləhət olsaydı, özüm vaxtı gələndə paylaşım edərdim. Heç bir sayta şəxsi həyatım barədə açıqlama vermək istəmirəm.