Bu gün Portuqaliyanın paytaxtı Lissabonda 63-cü "Eurovision mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.
Unikal.org-un məlumatına görə, təmsilçimiz Aysel Məmmədova bu gün səhnəyə çıxacaq. O, ölkəmizi "I cross my heart mahnısı ilə təmsil edir.
43 ölkənin təmsilçilərinin yer aldığı müsabiqədə bu gün 22 iştirakçı öz performansını nümayiş etdirəcək. İlk olaraq isə Aysel mahnısını səsləndirəcək.
Qeyd edək ki, ingilis mediası "Eurovision 2018lə bağlı bəzi proqnozlar yayıb. Bildirilib ki, münsiflərin ən çox səs verdiyi iştirakçı Kipr təmsilçisi Eleni Foureira olub. Aysel isə ən az səs toplayan iştirakçılar sırasında yer alıb.
Müsabiqə saat 23:00-da İTV-dən canlı yayımlanacaq.