Əmlak Məsələləri Dövlət Komitəsi əmlak idarəçiliyində qarşıdakı dövr üçün hədəflərini açıqlayıb. Komitədən Unikal.org-a verilən məlumata görə, hədəflər aşağıdakı kimidir:
✔Əmlakın qeydiyyatında vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması;
✔Özəlləşdirmənin tam elektronlaşması və şəffaflıq;
✔Dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi;
✔Torpaqların elektron kadastr uçotunun yaradılması və sistemli idarə edilməsi;
✔Torpaqlardan səmərəli istifadə edilməsində Peyk nəzarət sisteminin tətbiqi;
✔Bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyasının təmin edilməsi;
✔Müasir kadr potensialı ilə çevik idarəetmə.
Bu hədəflər Komitə tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə açıqlanıb.