Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Unikal.org xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti 1,73 dollar artaraq 76,58 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Light markalı neftin bir barrelinin qiyməti isə 1,49 dollar bahalaşaraq 70,55 dollar olub.