Bu gün ATV telekanalında yayımlanan "ATV Səhər" proqramının aparıcısı Lalə Azərtaşın birbaşa efirdə "Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik, həmin 20 faizi də..." sözləri sosial şəbəkədə birmənalı qarşılanmayıb. Aparıcının bu səhvə görə üzr istəməməsi müzakirələrə səbəb olub.
Unikal.org bildirir ki, yenicag.az -a açıqlama verən ATV kanalının rəhbəri Azər Xəlilovun məsələyə münasibəti belə olub:
"Mən həmin süjeti izləməmişəm, məsələdən xəbərim yoxdur. Dinləyərəm, nəticə çıxararıq".
ATV-nin mətbuat xidmətindən isə məsələyə belə münasibət bildirib:
"Canlı yayımın öz qaydaları var, belə hallar yaşanır. Heç bir aparıcı bu cür vəziyyətlərdən sığortalanmayıb. Aparıcı həmin an dediyinin fərqində olmayıb. Əslində isə, o, "Gün gələcək, Azərbaycan ərazilərini işğaldan azad edəcəyik, həmin 20 faizi də..." demək istəyib".