ARB TV- nin "Səhər-səhər verilişində müğənni Mənzurə Musayeva və Aysel Əlizadə qonaq olub.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, aparıcı Elgiz Əkbərin Mənzurəyə ünvanladığı "Aysellə sənin fərqin nədir? sualı onun xoşuna gəlməyib. Müğənni "Yenə başladın? İndi durub verilişdən gedəcəm deyə, ona xəbərdarlıq edib.

Egiz Əkbər Mənzurəni yaşlı həmkarı ilə müqayisə etməyə davam edib:

"İşlədiyim redaksiyada 76 yaşlı bir qadın vardı. Bir şey olmamış deyirdi ki, çıxıb gedəcəm. Müdir də cavabında: Qapı açıqdır deyirdi-¦.

M.Musayevanın pərt olduğunu görən Aysel aparıcıya səslənib: "Fərqi qoy tamaşaçılar baxıb desin, niyə onu incidirsən?.