Azərbaycanlı operatorun hazırladığı sujet Beynəlxalq müsabiqədə mükafata layiq görülüb.

Unikal.org xəbər verir ki, tanınmış operator İsgəndər Qənbərovun "Türkiyə Operatorlar Dərnəyinin təşkil etdiyi Beynəlxalq müsabiqəyə təqdim etdiyi "Əngəlli operator sujeti "Əmək ödülünə layiq görülüb. Operatorun qazandığı mükafat ona sentyabrda təqdim ediləcək.

Qeyd edək ki, operator İsgəndər Qənbərov artıq 3-cü ildir bu Beynəlxalq müsabiqədə iştirak edir. O, ilk dəfə bu yarışda iştirak etdiyi zaman 3-cü yerə layiq görülmüşdü.