"Nar media nümayəndələri ilə ənənəvi görüşünü keçirib. Görüşdə mobil operatorun son nailiyyətləri, məhsul və xidmətləri, genişləndirilmiş şəbəkəsi və korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində görülmüş işlər barədə geniş məlumat verilib.
Unikal.org xəbər verir ki, görüş zamanı, mobil internetdən istifadəçilərin sayına görə "Nar-ın ən yüksək yüksək göstəriciyə nail olduğu, mobil internetdən istifadənin həcmində Bakı və Abşeron yarımadasında 88%, bölgələrdə isə 28% artımın müşahidə edildiyi, bir-birindən sərfəli və əlverişli kampaniya və təkliflərin irəli sürüldüyü mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb.
Görüşdə iştirak edən "Azerfon şirkətinin baş icraçı direktoru Qunnar Panke jurnalistləri salamlayaraq "Nar-ın ən son uğur və nailiyyətləri barədə öz fikirlərini bölüşüb: "Dinamik inkişaf sayəsində əldə etdiyimiz nailiyyətlər hər birimizi fərəhləndirir. Bu nəticələr mobil rabitə şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi, eləcə də təqdim etdiyimiz yenilikçi xidmətlər və sərfəli qiymətlər sayəsində mümkün olmuşdur. "Nar bundan sonra da yüksək inkişaf tempi ilə qarşısına qoyduğu hədəflərə nail olmağa çalışacaq, - deyə cənab Panke qeyd edib.
Şəbəkənin daha da gücləndirilməsi istiqamətində atılmış addımlardan bəhs edərkən, 6500-dən çox baza stansiyası ilə müştərilərə yüksəkkeyfiyyətli xidmət göstərildiyi, bölgələrin 4G (LTE) şəbəkəsi ilə təmin edildiyi, təkcə 2018-ci ilin ilk aylarında paytaxt və ölkənin 18 bölgəsində 147 yeni LTE baza stansiyasının quraşdırıldığı, metro stansiyalarında LTE xidmətinin təmin edildiyi, "Formula Azərbaycan qran-prisi zamanı yarışların keçirildiyi ərazilərdə daha da gücləndirilmiş şəbəkənin təmin edildiyi vurğulanıb.
Qeyd edilib ki, 2017-ci ildə müstəqil beynəlxalq şirkət olan "P3 Communications tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, "Nar şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
Abunəçilərin tələb və istəklərini hər zaman nəzərə alan "Nar müxtəlif məhsul və təkliflər irəli sürüb. Mobil operatorun təqdim etdiyi "Full paketləri Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq "yanmayan bonuslar təcrübəsinə əsaslanır. "Qutu təklifi isə özündə ev üçün fiber-optik internet, rəqəmsal TV, mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edən və mobil internet xidmətlərini birləşdirən unikal təklifdir. Xüsusi olaraq bölgələr üçün hazırlanmış "Yerlim tarifindən yararlanmış abunəçilərin sayında 62% artım müşahidə edilib. Bundan başqa, artıq "Nar-ın bütün "Turbo internet paketlərində "WhatsApp pulsuzdur.
Mobil operator uğurlu biznes fəaliyyəti ilə yanaşı, sosial məsuliyyət və ictimai fəaliyyət məsələsinə də xüsusi diqqətlə yanaşır. "Nar özünün çoxşaxəli KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş GSM laboratoriyasını tələbələrin istifadəsinə açmış, "Microsoft Imagine Cup müsabiqəsini dəstəkləməklə gənc istedadların üzə çıxarılmasına töhfə vermiş, gənclərin sevimli "Brain Ring intellektual müsabiqəsinə öz dəstəyini davam etdirmiş və müxtəlif sosial aksiyalara imza atıb.
Bu il "Nar yeni sosial layihə həyata keçirib, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Novruz bayramında cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmətdə olan əsgərlərimizi bayram sovqatı ilə təbrik edib. Azərbaycan Respublikası Müdafiə nazirliyi ilə birgə təşkil edilmiş aksiyada əsgər valideynlərinin də iştirakı təmin edilib və bu sürpriz vətən keşikçilərində əsl bayram əhval-ruhiyyəsi yaradıb.
"Azerfon şirkəti ("Nar ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.