Ukrayna 61 ölkə ilə vizasız  rejimı keçməklə bağlı danışıqlar başlanılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Sergey Menyaylo mələumat verib: 

"Biz bunu qarşılıqlı olaraq təklif edirik. Yəni bizim vətəndaşlar xarici ölkələrə vizasız səhayət edə bilsin və bizə vizasız gələ bilsinlər. Məqsədimiz Ukrayna vətəndaşları üçün vizasız səyahət coğrafiyasının genişləndirilməkdir. 

Yaxın gələcəkdə Kiyev Uruqvay, Peru, Kolumbiya və Meksika ilə viza tələbinin ləğv edilməsi haqqında sazişlər imzalamağı düşünürük".