Suriyanın İdlib əyalətində iki avtomobilin partladılması nəticəsində 9 nəfər ölüb.
Unikal.org "RİA Novostiyə istinadən xəbər verir ki, terakt İdlib mərkəzi xəstəxanasının qarşısında törədilib. Ölənlər arasında xəstəxananın 3 mühafizəçisinin olduğu bildirilir.
Partlayış nəticəsində 28 nəfər yaralanıb, daha 9 nəfər isə itkin düşmüş hesab edilir.