Britaniyada 1978-ci ildən 1983-cü ilə qədər silsilə qətllər törədərək 15 insanın həyatına son qoyan Dennis Nilsen həbsxanada 72 yaşında dünyasını dəyişib.

Unikal.org BBC-yə istinadən xəbər verir ki,  "Full Sutton" həbsxanasında ölən qatli təbii səbəbdən vəfat edib. Lakin həbsxana xidməti buna baxmayaraq müttəhimin ölümü ilə bağlı müstəqil təhqiqat aparacaq.

Nilsen 1983-cü ildə 25 il ərzində vaxtından əvvəl azadlıqdan mərhum edilməmə şərti ilə azadlıqdan ömürlük məhrum edilib. Məhkəmə onu 6 qətldə və 2 oğurluq hadisəsində müqəssir bilib. Nilsen özü 15 qətli törətdiyini etiraf edib. Lakin qatil son illər qətllərdən 3-nü uydurduğunu, əslində 12 nəfəri öldürdüyünü deyib.