Tovuzda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
 
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
 
Hələ ki, markası və sürücüsü məlum olmayan avtomobil kənd sakini 1992-ci il təvəllüdlü Məmməd Hüseynovu vuraraq hadisə yerindən uzaqlaşıb. Xəsarət alan M. Hüseynov Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona sağ ayağın qamış sümüyünün qapalı sınığı diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.