Türkiyə Böyük Britaniyanın Avropa İttifaqından çıxışından sonra ("Brexit") krallıqla sıx iqtisadi əməkdaşlığın davam etdirilməsinin lehinə çıxış edir.

Unikal.org-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan London səfərindən əvvəl brifinq zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Böyük Britaniya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Ərdoğanın krallığa səfəri mayın 15-ə kimi davam edəcək. Səfər çərçivəsində kraliça II Yelizaveta və baş nazir Tereza Meylə görüşlər nəzərdə tutulur.