Hava limanında təyyarələr toqquşdu.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Atatürk hava limanında baş verib.

Belə ki, Türk Hava Yollarının "Airbus 721 tipli təyyarəsinin quyruğuna Cənubi Koreyanın "Air Asiana şirkətinə məxsus təyyarənin qanadı çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki təyyarəyə ziyan dəyib.