Hindistanda avtobusun dərəyə düşməsi nəticəsində 7 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Unikal.org RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza ölkənin şimal bölgəsində, Şimla şəhəri yaxınlığında qeydə alınıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri müəyyənləşdirilir.